AZ

Həlledici mərhələyə qədəm qoyuldu

İsrailin müdafiə naziri İsrael Kats İrana qarşı hərbi əməliyyatın "həlledici mərhələyə" qədəm qoyduğunu bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə "Ynet" nəşri məlumat yayıb.

"Biz həlledici mərhələyə daxil oluruq və bu əməliyyatı lazım olduğu qədər davam etdirəcəyik", nazir bildirib.

Martın 10-da isə həmin nəşr öz mənbəsinə istinadən yazmışdı ki, İrana qarşı hərbi kampaniya daha azı iki həftə davam edəcək.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıblar. Amerika və İsrail qüvvələri hava hücumundan müdafiə sistemləri, raket kompleksləri, hərbi dəniz donanmasının baza və obyektləri də daxil olmaqla bir çox hərbi hədəfə hücum ediblər.

Seçilən
66
publika.az

1Mənbələr