Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
BMT-nin baş katibi António Quterres Beyruta etdiyi “həmrəylik səfəri”ni başa vurarkən İsrailin hava hücumlarının nəticələrindən sarsıldığını bildirib.
Bizimyol.info xəbər verir ki, BMT rəhbərinin qeyd etdiyinə görə, Livanda gördüyü dağıntılar onu ciddi şəkildə narahat edib. Onun sözlərinə görə, xüsusilə ölkənin cənubunda vəziyyət ağırdır və bu ərazi gələcəkdə tamamilə yaşayışsız bir səhraya çevrilə bilər.
“Biz Livanda genişmiqyaslı dağıntıların şahidi olduq. Cənub bölgələrinin izsiz səhraya çevriləcəyindən, eləcə də Beyrutun cənub ətraflarının yenidən bombardman edilərək tamamilə məhv ediləcəyindən ehtiyat edirəm”, – deyə o vurğulayıb.
Baş katib bildirib ki, hərbi eskalasiya Livanın suverenliyinin pozulmasına gətirib çıxarıb. Onun sözlərinə görə, beynəlxalq təşkilat müharibənin dayandırılması üçün ciddi səylər göstərir. "Bu müharibəni dayandırmaq üçün böyük səylər göstəririk", - deyə o vurğulayıb.
Eyni zamanda, Quterreş şiə təşkilatı Hizbullahı hökumətin bütün silahları dövlət əlinə cəmləşdirmək qərarına hörmət etməyə çağırıb.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.