AZ

"Real Madrid"in yeni hədəfi: Mbappe və Holand eyni komandada

İspaniya nəhəngi "Real Madrid" dünya futbolunda böyük səs küy yaradacaq transfer planı üzərində işləyir.

Fanat.Az xəbər verir ki, "kral klubu" Kilian Mbappenin yanına "Mançester Siti"nin qol maşını Erlinq Holandı da gətirmək niyyətindədir.

"L'Equipe" nəşrinin iddiasına görə, norveçli hücumçu Pep Qvardiolanın klubdan ayrılacağı təqdirdə "Etihad"ı tərk etməyi düşünür. Madrid təmsilçisi isə bu fürsəti qaçırmamaq üçün transfer növbəsinin ən önündə qərarlaşıb.

Əgər bu keçid reallaşarsa, Madrid klubu tarixin ən qorxulu hücum xəttini qurmuş olacaq. Hazırda rəhbərlik transferin maliyyə və zamanlama detallarını dərindən araşdırır.

Seçilən
37
1
fanat.az

2Mənbələr