AZ

Putindən ABŞ-a İran təklifi… Tramp qəbul etmədi…



ABŞ və Rusiya arasında İranla müharibə ilə bağlı gizli diplomatiyanın təfərrüatları ortaya çıxıb. “Axios” xəbər agentliyinin məlumatına görə, Rusiya Prezidenti Putin ABŞ Prezidenti Trampla telefon danışığı zamanı İrandakı gərginliyi azaltmaq üçün bir neçə təklif irəli sürüb.

İddia olunur ki, Putin İrana hücumları dayandırmaq üçün bir formul olaraq uranın Rusiyaya daşınmasını təklif edib, lakin Tramp bu təklifə müsbət qarşılamayıb.

Rusiya bu təklifi ilk dəfə gündəmə gətirmir. Oxşar təkliflər nüvə danışıqları zamanı və 28 fevralda başlayan ABŞ-İsrail hücumlarından bir neçə həftə əvvəl də irəli sürülüb.

“Axios”a danışan ABŞ rəsmisi təklifin əvvəllər də gündəmə gəldiyini və Vaşinqton administrasiyasının bunu rədd etdiyini bildirib.

ABŞ və İsrailin İrana hücumlarından sonra ölkənin yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları beynəlxalq gündəmin əsas mövzusuna çevrilib.

Əvvəllər Amerika mətbuatında bəzi məlumatlarda ABŞ və İsrailin İrana hücumların sonrakı mərhələlərində bu uran ehtiyatlarını ələ keçirmək üçün xüsusi qüvvələr göndərməyi düşündükləri iddia edilirdi.

Tahir TAĞIYEV

Seçilən
12
baki-xeber.com

1Mənbələr