AZ

XIII Qlobal Bakı Forumu başa çatdı

XIII Qlobal Bakı Forumu öz işini yekunlaşdırıb.

"Unikal" xəbər verir ki, 12-14 mart tarixlərində keçirilən Forumun açılış mərasimi Prezident İlham Əliyevin iştirakı ilə Gülüstan sarayında baş tutub.

Tədbirin ilk günündə iştirakçılar "Qlobal təhlükəsizlik və güc balansı: Beynəlxalq hüquqa hörmət, yeni məsələlər, yeni çətinliklər", "Böhranda çoxtərəflilik: Qlobal əməkdaşlığa yeni baxış" və "Birləşmiş Millətlər Təşkilatı 80 illiyində" mövzuları ətrafında panel müzakirələr aparıblar.

XIII Qlobal Bakı Forumunun martın 13-ü keçirilən ikinci günündə müzakirələr qlobal idarəetmə, iqlim dəyişiklikləri, beynəlxalq nəqliyyat marşrutları və Afrika qitəsinin inkişaf perspektivləri kimi aktual mövzulara həsr edilib.

Bu gün isə iştirakçılar "Süni intellekt, idarəetmə və innovasiyanın etikası", "Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər" və "Beynəlxalq sistemin yenidən qurulmasına doğru" mövzularını müzakirə ediblər.

Bununla da forum rəsmi olaraq başa çatıb. Martın 15-də isə foruma aid daha bir neçə mövzu ilə əlaqədar əlavə sessiyaların keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Qlobal Bakı Forumu artıq uzun illərdir, qlobal problemlərin müzakirəsi, siyasi dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi tanınır. (Report.az)

Seçilən
46
6
unikal.az

10Mənbələr