AZ

Fransalı yarımmüdafiəçi “Real”ı İngiltərə klubuna dəyişəcək?

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa bu mövsüm bitdikdən sonra klubunu dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçuyla İngiltərə klublarının maraqlandığı bildirilir.

Kamavinqa bu mövsüm La Liqada 19 oyun keçirib və 1 qol vurub.

23 yaşlı yarımmüdafiəçinin Madrid klubuyla hazırkı müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Seçilən
34
sportinfo.az

1Mənbələr