AZ

Nahid Ağayev: “Səmaya yüksələnlər” şousunda hər nömrə tamaşaçıları möcüzələrlə dolu dünyaya aparır

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 mart, AZƏRTAC

Bakı Dövlət Sirkinin təşkilatçılığı, beynəlxalq sirk festivallarının mükafatçıları, Avropanın beş ölkəsini təmsil edən sənətçilərin iştirakı ilə “Səmaya yüksələnlər” adlı şou hazırlanıb.

AZƏRTAC xəbər verir ki, tamaşa Su İdman Sarayının yanında inşa edilmiş nəhəng şapitoda keçirilib.

Bakı Dövlət Sirkinin direktor əvəzedicisi Nahid Ağayev tədbirdən əvvəl çıxış edərək deyib: “Şouda Ukrayna, İspaniya, Fransa, Almaniya və Rusiyadan məşhur akrobatlar və artistlər iştirak edirlər. Proqramda Rusiyadan Kolqanov–Beloqorlov kloun dueti, Nikulin Sirkinin (Moskva) möhtəşəm hava trapesiya nömrəsi, təlimləndirilən itlər və atlar ilə maraqlı və valehedici nömrələr, yelləncəkdə həyəcan dolu akrobatik çıxış, Avropanı turnikdə möhtəşəm performansı ilə heyran edən akrobatik duet, atlarda qızların akrobatik nömrələrlə çıxışı yer alır. Hər nömrə adrenalini yüksəldir, hər çıxış tamaşaçıları möcüzələrlə dolu dünyaya aparır”.

Daha sonra qonaqlar tamaşanı izləyiblər.

“Səmaya yüksələnlər” şousu martın 30-dək davam edəcək.

Müxbir - Fidan Əlizadə

Fotoqraf - Orxan Kərimov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
azertag.az

2Mənbələr