AZ

Zeynal Əmrəliyev: Körfəz ölkələrinə hücumun qınanması, eyni zamanda İrana hücum məsələsinin qınanmaması ciddi şəkildə problem yaradır

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BMT Təhlükəsizlik Şurası dünən qəbul etdiyi qətnamə ilə Iran‑ın Körfəz ölkələri və İordaniya ərazilərinə qarşı həyata keçirdiyi hücumları sərt şəkildə qınayıb. Qətnamə bu hücumların beynəlxalq hüququn pozulması və sülhə ciddi təhlükə yaratması kimi qiymətləndirildiyini bildirir və hücumların dərhal dayandırılmasını tələb edir. Qətnamə Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Oman, Küveyt və İordaniyaya qarşı hücumları pisləyir və mülki infrastrukturun hədəf alınmasını qeyd edir. Sənəd 13 lehinə səs, Rusiya və Çin isə bitərəf qalaraq qəbul edilib. Qətnamə İranın davranışının beynəlxalq sülhə və təhlükəsizliyə təhdid olduğunu vurğulayır və regionda gərginliyin azaldılmasını tələb edir.

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi bu qərar, əlbəttə ki, kifayət qədər ciddi şəkildə müzakirələrə yol açacaq bir məsələdir: “Bundan əvvəl BMT, ABŞ və İsrailin İrana hücumunu qınayacaq bir bəyanat qəbul etməyib. Yəni düzdür, BMT-nin baş katibi Antonio Qutereşin bu barədə müəyyən açıqlamaları olub. BMT rəsmilərinin açıqlamaları olub, amma yekun qərar qəbul olunmayıb. İran hazırda körfəz ölkələrinə hücumu özünün müdafiəsinin bir hissəsi kimi təqdim etməyə çalışır və bildirir ki, həmin ölkələrdə ABŞ-ın bazaları var və yaxud da ki, ABŞ və İsrail həmin ölkələrin bazalarından istifadə edərək, ərazisindən istifadə edərək İrana qarşı hücumlar həyata keçirirlər. Buna görə də özünü müdafiə etmək üçün əvvəlcədən bu yerləri zərərsizləşdirir. Bunu özünü müdafiənin tərkib hissəsi kimi təqdim edir”.

Zeynal Əmrəliyev

Zeynal Əmrəliyev qeyd edib ki, bundan əvvəl də İranın xarici işlər naziri Abbas Əraqçi BMT baş katibi Antonio Qutereş ilə danışığı zamanı İranın özünü müdafiə etmək məsələsini bildirmişdi: “İndi BMT Təhlükəsizlik Şurasının belə bir qərar qəbul etməsi Tehranda və Rusiyada xüsusi bir narahatlıq yaradacaq.

Körfəz ölkələrinə hücumun qınanması, eyni zamanda İrana hücum məsələsinin qınanmaması ciddi şəkildə problem yaradır. Əlbəttə ki, istər-istəməz İran əgər mülki obyektlər hədəfə alınmırsa, Amerika Birləşmiş Ştatlarının körfəz ölkələrindəki hərbi bazalarının vurulmasını hüquqi cəhətdən özünümüdafiə mexanizmi kimi tətbiq göstərə bilər. Ancaq həmin bölgələrdə mülki obyektlərin dağıdılması halları var. Bu, heç bir halda özünümüdafiə mexanizminin tərkib hissəsi deyil. Məsələn; Körfəz ölkələri də faktlar təqdim edə bilərlər, hətta İranı beynəlxalq məhkəməyə də verə bilərlər ki, İran bizim ərazimizdə kütləvi dağıntılar törədərək, məhz infrastrukturun zədələnməsinə və itkilərə səbəb olub”.

Politoloq bildirib ki, bu məsələlər hüquqi cəhətdən ciddi şəkildə araşdırılmalı və müzakirə olunmalı məsələlərdir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
icma.az

1Mənbələr