AZ

İranın şərti: Hömüz boğazından keçid üçün ödənişlər yuanla olmalıdır

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran hakimiyyəti neft tankerlərinin Hömüz boğazından məhdud şəkildə keçməsinə yalnız bir şərtlə icazə verə bilər: neftə görə ödənişlər Çin yuanı ilə aparılmalıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN Tehrandakı hökumət mənbələrinə istinadən məlumat yayıb.

Hazırda Tehran boğazdan keçidə yalnız dost ölkələrin gəmilərinə icazə verir. ABŞ və İsrailə məxsus gəmilər, eləcə də onların müttəfiqləri üçün keçid bağlıdır. İran mediası bildirir ki, Çin və dost ölkələrlə enerji ticarəti isə normal qaydada davam edir.

Bundan əvvəl İran İnqilab Keşikçiləri Korpusunun nümayəndəsi bəyan etmişdi ki, ABŞ və İsrailin “aqressiyası” davam etdiyi müddətdə boğazdan “bir litr belə neftin” çıxarılmasına icazə verilməyəcək.

Hömüz boğazının mümkün blokadası ilə bağlı narahatlıq dünya bazarına da təsir edib. Brent markalı neftin qiyməti 2,67% artaraq bir barel üçün 103,14 dollara çatıb ki, bu da 2022-ci ilin iyulundan bəri ən yüksək göstəricidir.

Qeyd edək ki, dünya neftinin təxminən 20%-i və mayeləşdirilmiş təbii qazın 30%-ə qədəri məhz Hömüz boğazından daşınır.

Bu arada Fransa və İtaliyanın öz tankerlərinin təhlükəsiz keçidini təmin etmək üçün İranla gizli danışıqlar apardığı bildirilir. ABŞ prezidenti Donald Tramp isə yaxın vaxtlarda ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə tankerlərin müşayiətinə başlanacağını açıqlayıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
bizimyol.info

1Mənbələr