AZ

Bizim taleyimiz belədir...” Duqin ruslar üzərində total nəzarət tələb edir

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyada əksər sosial şəbəkələr qadağan ediləndən sonra ümumilikdə interneti də kəsməyə başlayıblar. Bu, hər nə qədər təhlükəsizlik bəhanəsilə ört-basdır edilsə də, əsas məqəsədin total nəzarət olduğuna dair şübhələr var.

"Rus dünyası"nın əsas ideoloqlarından sayılan Aleksandr Duqin bu nəzarətin daha da gücləndirilməsi təklifilə çıxış edib. 

“AzPolitika” xəbər verir ki, Duqin öz bloqunda dövlətin cəmiyyət üzərində nəzarətini daha da gücləndirməsini təklif edib və rusları buna qaçılmaz bir reallıq kimi baxmağa çağırıb.

Onun sözlərinə görə, vətəndaşlar müasir dünyada istənilən halda onların üzərində nəzarətin mövcud olacağını və buna görə də həmin nəzarətin xarici qüvvələr tərəfindən deyil, dövlətin özü tərəfindən həyata keçirilməsinin daha yaxşı olduğunu qəbul etməlidirlər: "Əgər bu, bizim özümüzünkü olmayacaqsa, başqaları olacaq. Bəli, yaşadığımız dünya budur, sizin üçün başqa bir dünyamız yoxdur".

O, nəzarətin tamamilə yoxluğu ideyasının cəlbedici göründüyünü, lakin utopik və qeyri-real olduğunu bildirib. 

Onun fikrincə, nəzarət "ağıllı şəkildə, qayğı və diqqətlə" həyata keçirilməlidir. Məqsəd isə ölkənin müharibədə qələbəsi olmalıdır: “Filosof” həmçinin bildirib ki, əziyyət çəkmək rusların taleyidir, başqa ölkələrə ziyan vurulması isə “şöhrət və sülhsevərlik əlamətidir”: "Biz ruslar tarix boyu həmişə əziyyət çəkmişik. Bizim taleyimiz belədir. Biz böyük xalqıq və əgər kiməsə haqsızlıq etmişiksə, bu, yalnız sülhsevərlik və şöhrət üçündür".

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
azpolitika.info

1Mənbələr