AZ

Tudorun "qələmi qırıldı": Bir ayı tamam olan kimi göndəriləcək

"Tottenhem" klubunun rəhbərliyi baş məşqçi İqor Tudorun yerinə yeni namizəd axtarışlarını fəal şəkildə davam etdirir.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.

Mənbənin məlumatına görə, məşqçinin gələcəyi ilə bağlı qərar Premyer Liqanın 30-cu turunda "Liverpul"la keçiriləcək oyundan sonra veriləcək. Rəhbərlik hazırda müvəqqəti məşqçi təyinı və ya yeni mütəxəssisə uzunmüddətli müqavilə təklif etmək barədə götür-qoy edir.

Tudor 14 fevraldan bəri "Tottenhem"in baş məşqçisidir.

"Liverpul" - "Tottenhem" matçı martın 15-də keçiriləcək.

Seçilən
2
fanat.az

1Mənbələr