AZ

BMU-da generativ süni intellekt mövzusunda təlim

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Beynəlxalq Bankının (ABB) “Qoşa saat” layihəsi çərçivəsində maarifləndirici təlim keçirilib. 

AzEdu.az xəbər verir ki, BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin tələbələri üçün təşkil olunan tədbirin əsas məqsədi təhsil alanların maliyyə və bank sahəsinə dair biliklərini artırmaq, onların bu sahədə yaranan suallarını peşəkar təlimçilər vasitəsilə cavablandırmaq olub. 

​Tədbirdə ABB-nin Data elmləri üzrə mütəxəssisi Əsmər Hacızadə “Təcrübədə generativ süni intellekt: Əsaslar və müasir alətlər” mövzusunda təqdimatla çıxış edib.  O, çıxışında süni intellekt anlayışının mahiyyəti, onun insan düşüncəsini və qərarvermə proseslərini modelləşdirmə imkanları barədə danışıb. Bildirib ki, süni intellekt texnologiyaları təsnifat, proqnozlaşdırma, məlumatların analizi kimi istiqamətlərdə uzun illərdir tətbiq olunur və artıq gündəlik həyatda  spam filtrləri, tövsiyə sistemləri və təsvir tanıma kimi bir çox sahədə geniş istifadə edilir. Mütəxəssis generativ süni intellektin müasir imkanlarına da toxunaraq, bu texnologiyanın mətn, kod, vizual və video məzmunun yaradılmasında yeni imkanlar açdığını vurğulayıb. Həmçinin 2026-cı ildə geniş istifadə olunan generativ süni intellekt alətləri - ​OpenAI GPT-5, Anthropic Claude, Google Gemini, Meta LLaMA dil modelləri, ​GitHub Copilot və Amazon CodeWhisperer kod yazma alətləri, eləcə də  ​Midjourney, DALL-E 3, Runway kimi yaradıcı məzmun platformaları  haqqında məlumat verib. 

Tədbir çərçivəsində keçirilən sual-cavab sessiyasında tələbələri maraqlandıran məsələlərə aydınlıq gətirilib, həmçinin son kurs tələbələrinin müvafiq vakansiyalar üzrə CV-ləri dəyərləndirilib,  onlara mümkün karyera imkanları barədə tövsiyələr verilib.  

Seçilən
30
azedu.az

1Mənbələr