AZ

Stiven Spilberq dünyanın ən varlı məşhuru oldu

Forbes jurnalı 2025-ci ilin yekunlarına əsasən dünyanın ən varlı məşhurlarının cari siyahısını dərc edib. Oxuməni.az xəbər verir ki, siyahıya idmançılardan, musiqiçilərdən kino rejissorlarına qədər 22 tanınmış şəxs daxil olub.

Bu dəfə siyahıya "Çənələr", "Şindlerin Siyahısı" kimi kult filmlərin rejissoru və dörd dəfə "Oskar" mükafatı laureatı Stiven Spilberq başçılıq edib. Universal Pictures studiyasının "Yura dövrü parkı", "İndiana Cons" və digər franşizalardan gələn gəlirlər sayəsində rejissorun sərvəti 7,2 milyard dollar qiymətləndirilib.

İkinci yerdə "Ulduz müharibələri"nin yaradıcısı, brendi Disney-ə satmış Corc Lukas (5,2 milyard dollar) qərarlaşıb. Üçlüyü isə keçmiş peşəkar basketbolçu Maykl Coran (4,3 milyard dollar) tamamlayıb.

Forbes-ə görə dünyanın ən varlı məşhurları:

Stiven Spilberq, rejissor — 7,1 milyard dollar

Corc Lukas, rejissor — 5,2 milyard dollar

Maykl Cordan, basketbolçu — 4,3 milyard dollar

Vins Makmen, WWE Direktorlar Şurasının sədri — 3,6 milyard dollar

Opra Uinfri, şou-biznes ulduzu — 3,2 milyard dollar

Jay-Z, rep ifaçısı — 2,8 milyard dollar

Teylor Svift, müğənni — 2 milyard dollar

Kim Kardaşyan, şou-biznes ulduzu — 1,9 milyard dollar

Piter Cekson, rejissor — 1,9 milyard dollar

Meyci Conson, basketbolçu — 1,6 milyard dollar.

Almaz Həsənli

Seçilən
16
1
oxumeni.az

2Mənbələr