Azərbaycan millisinin üzvü Renat Dadaşov Polşa çempionatına növbəti matçına çıxıb.
İdmanxeber.az xəbər verir ki, onun çıxış etdiyi “Motor” 25-ci turda “Termalika”nın qonağı olub və qələbə qazanıb.
Dadaşov görüşün 75-ci dəqiqəsində – komandası hesabda 2:1 öndə olarkən Karol Czubakın əvəzinə meydana çıxıb.
Qeyd edək ki, son 4 turda üçüncü qələbəsini qazanan “Motor” turnir cədvəlində altıncı pilləyə yüksəlib. Renatın komandası lider “Zaqlebie”dən cəmi 7 xal geri qalır.