AZ

Amsterdamdakı partlayışa görə məsuliyyəti bu təşkilat öz üzərinə götürdü

Amsterdamda yəhudi məktəbinin yaxınlığında baş verən partlayışa görə məsuliyyəti az tanınan radikal təşkilat olan "Sağçı İslam Gənclər Hərəkatı" öz üzərinə götürüb.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, təşkilat partlayışın videosunu sosial media hesabında paylaşıb. Sözügedən radikal hərəkat Niderlandın digər şəhəri Rotterdamda və Lyejdə (Belçika) sinaqoqda baş verən partlayışlara görə də məsuliyyəti öz üzərinə götürüb.

Qeyd olunur ki, hərəkat əvvəllər Niderlandın kəşfiyyat məlumat bazasında qeyd olunmayıb.

11:17

Niderlandın paytaxtı Amsterdamda yəhudi məktəbində partlayış qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə "AD News" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə martın 14-nə keçən gecə baş verib. Polis əməkdaşları və yanğınsöndürənlər dərhal hadisə yerinə gəliblər. Şəhərin meri Femke Halsemanın sözlərinə görə, partlayış zamanı dəyən ziyan böyük olmayıb.

O qeyd edib ki, polis baş verənləri yəhudi icmasına qarşı məqsədyönlü hücum kimi araşdırır.

"Məktəb uşaqların rahat şəkildə dərs aldığı, Amsterdam yəhudilərin təhlükəsiz yaşaya biləcəyi yer olmalıdır", - deyə şəhər meri bildirib.

"Cebheinfo.az"

Seçilən
84
1
cebheinfo.az

2Mənbələr