AZ

İran ABŞ-yə iki şərt qoyub - "Müharibənin sonu bizim əlimizdədir"

İran hökumətinin sözçüsü Möhsen Rzayi ABŞ-dan təzminat aldıqdan və Amerika bazalarının bölgədən çıxarılmasından sonra müharibəyə son qoymağa hazır olduğunu bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rzayi Tehranın yalnız iki tələbinin yerinə yetirildiyi təqdirdə hərbi əməliyyatlara son qoymağı nəzərdən keçirəcəyini bildirib. Bu şərtlərdən biri müharibə zamanı dəyən ziyana görə tam kompensasiya ödənilməsi və gələcək üçün təhlükəsizlik zəmanətləri verilməsidir.

Rzayi vurğulayıb ki, onun fikrincə, bu cür zəmanətlər ABŞ-nin Fars körfəzindən çıxması və oradakı bütün Amerika hərbi obyektlərinin çıxarılması olmadan mümkün deyil.

“Müharibənin sonu bizim əlimizdədir. Biz müharibəyə yalnız birincisi, ABŞ-dən bütün itkilərimizə görə tam kompensasiya əldə etdikdə və ikincisi, gələcək üçün 100% zəmanət aldıqda son qoymağı nəzərdən keçirəcəyik ki, bu da ABŞ-ın Fars körfəzindən çıxması olmadan mümkün deyil, - Möhsen Rzayi bildirib.

Bununla belə, hazırda İranın ABŞ-yə şərt qoymaq iqtidarında olub-olmadığı dəqiq deyil. Əksinə, əsas düşüncə budur ki, İran bir an öncə atəşkəs sazişi əldə edilməsində maraqlıdır və ABŞ-nin ona daha artıq zərər yetirmədən hücumu dayandırmasını istəyir.

Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr