AZ

"Cibimdəki 200 manatı həmin dilənçiyə verdim" - VİDEO

Xalq artisti Ofeliya Sənani küçədə dilənçi qadınla yaşadığı hadisəni tamaşaçılarla bölüşüb. 

Aparıcı "Ötən günlər" verilişində insanlara səslənərək, xeyirxah olmalarını deyib:

"Bir dəfə küçədə gedirdim, qoc qadın idi, dilənirdi. Elə gözəl xanım idi. Dedim ki, sizə yaraşmır, gedin evə. Pensiyamı almışdım, çıxarıb 200 manat verdim ki, get evə. Elə alicənab xanım idi. Sən demə, əvvəl müəllim işləyib, indi pensiya ona çatmır. Ünvanını, ad-soyadını aldım. Zəng etdim ki, heç olmasa onun pensiyasını artırın. Artırdılar". ( Axşam.az)

Seçilən
39
8
musavat.com

9Mənbələr