“Bu çağırış yalnız qərar qəbul edənlər və ekspertlər üçün deyil, eyni zamanda hər bir adi vətəndaş üçün də həyati əhəmiyyət daşıyır. Çünki hazırda dünyamız çox sürətlə dəyişir və insanlar cavab gözləyir – onlar bu mürəkkəb çağırışlar qarşısında aydın istiqamət və dəstək axtarırlar”.
Bu sözləri SİA-ya açıqlamasında Benedetto Zacchiroli UNESCO-nun İnküliziv və Dayanıqlı Şəhərlərin Beynəlxalq Koalisiyasının sədri , Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti XIII Qlobal Bakı Formunda iştirakı zamanı bildirib.
“Bizim məsuliyyətimiz yalnız siyasət və iqtisadi sahədə qərarlar qəbul etmək deyil; eyni zamanda cəmiyyətə inam vermək, insanları düzgün məlumatlandırmaq və onlara gələcəyə ümidlə baxmaq üçün imkan yaratmaqdır. Bu, bizim borcumuzdur və eyni zamanda böyük şərəfdir.
Azərbaycanın rolunu isə bu kontekstdə xüsusi vurğulamaq lazımdır. Ölkə sadəcə öz sərhədləri daxilində deyil, həm də beynəlxalq səviyyədə insanlar arasında körpülər qurur. Bu körpülər həm rəmzi, həm də praktik mənada çox böyük əhəmiyyət kəsb edir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Forumu çərçivəsində təşkil olunan tədbirlər, yüksək səviyyəli dialoqlar və fikir mübadiləsi imkanları Azərbaycanı beynəlxalq əməkdaşlıq mərkəzlərindən birinə çevirir. Bu təşəbbüslər sayəsində fərqli baxışlar, təcrübələr və biliklər bir araya gətirilir, yeni ideyalar formalaşır və birgə həll yolları ortaya çıxır.
Bu fonda, Azərbaycan nümunəsi göstərir ki, ölkələr yalnız iqtisadi və siyasi qüdrətləri ilə deyil, həm də insanları bir araya gətirmək, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma üçün platformalar yaratmaq qabiliyyəti ilə dünyada iz qoyur. Beləliklə, biz Azərbaycanı dərin minnətdarlıqla qeyd etməliyik və onun bu təşəbbüslərini nümunə götürməliyik.
Gəlin, birləşək, fikir mübadiləsi aparaq, təcrübələrimizi paylaşaq və birgə həll yolları tapmaq üçün əməkdaşlıq edək. Çünki yalnız birgə səylərlə biz həm insanlara, həm də cəmiyyətlərə real fayda verə bilərik, gələcək nəsillər üçün daha dayanıqlı və ədalətli dünya qura bilərik”.