“Mançester Yunayted” bu yay Almaniya millisinin və “Leypsiq”in sol cinah müdafiəçisi David Raumu transfer edə bilər.
Msport.az xəbər verir ki, 27 yaşlı futbolçunun İngiltərə klubuna transfer haqqı 30 milyon funt-sterlinq (34,8 milyon avro) ola bilər.
Bu mövsüm Raum bütün yarışlarda 28 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Raum Almaniya millisində 34 oyun keçirib, 1 qol vurub və 7 məhsuldar ötürmə verib.