AZ

Elhad Nəzirinin yeni iş yeri bəlli oldu

Azərbaycan millisinin sabiq müdafiəçisi, gənc məşqçi Elhad Nəzirinin yeni iş yeri müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, bundan sonra Region Liqasında çalışacaq. 

Nəziri bundan sonra Region Liqasında çalışacaq. O, yarışın iddialı komandalarından olan "Zəngilan"ı çalışdıracaq. 

Xatırladaq ki, Elhad Nəzirinin son olaraq "Səbail"də çalışıb. O, Elvin Məmmədovun köməkçilərindən olub. Paytaxt klubunda baş məşqçi dəyişikliyi reallaşdıqdan sonra  o da, postundan ayrılmaq məcburiyyətində qalıb.

"Zəngilan" Region Liqasının paytaxt zonasında yarışır və 1/8 final mərhələsinə məğlubiyyətsiz adlayıb.

Mirağa

Seçilən
26
fanat.az

1Mənbələr