AZ

Tramp yenə də Obamanı hədəfə aldı Foto

Sitat.info portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp fevralın 28-dən bəri İrana qarşı davam edən “Epik Qəzəb” (Epic Fury) əməliyyatı fonunda özünə məxsus “Truth Social” platformasında sələfi Barak Obamanın siyasətini hədəf alan ironik və qalmaqallı paylaşım edib.

Sitat.info xəbər verir ki, Trampın paylaşdığı kollajda iki fərqli dövrün “danışıqlar” metodu kəskin şəkildə müqayisə olunur.

Belə ki, fotonun yuxarı hissəsində Obamanın İran rəsmilərinə pul təklif etməsi (“Obama İranla danışıqlar aparır”), aşağı hissəsində isə Trampın səmada uçan və İranın nüvə hədəflərini vuran “B-2 Spirit” bombardmançılarını izləməsi (“Tramp İranla danışıqlar aparır”) əks olunub.

Prezident həmin paylaşımla özünün “güc yolu ilə sülh” strategiyasını bir daha ön plana çıxararaq, İranın artıq “tamamilə məğlub olduğunu” və yeni bir sövdələşmə üçün yalvardığını iddia edib.

Qeyd edək ki, bu, Trampın Obama ilə bağlı ilk kəskin paylaşımı deyil. Bundan əvvəl də o, Barak Obama və xanımı Mişel Obamanın meymun kollajında təsvir olunduğu videonu paylaşmış, lakin qısa müddət sonra həmin paylaşımı silmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
3
sitat.info

4Mənbələr