AZ

Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına birləşdirilib

"Azərbaycan Yelkən Federasiyası" İctimai Birliyi "Azərbaycan Su İdmanı Növləri Federasiyası" İctimai Birliyinə qoşulub.

Bu barədə Aznews.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Qərar Azərbaycan Yelkən Federasiyasının ümumi yığıncağında qəbul edilib.

Nazirliyin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayıb, son illər federasiyanın fəaliyyətini yüksək qiymətləndirib. Nazir həmçinin Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanovun federasiyanın inkişafına verdiyi töhfələri və səmərəli fəaliyyətini yüksək dəyərləndirərək ona təşəkkürünü bildirib.

Seçilən
6
8
aznews.az

10Mənbələr