“Bavariya”nın superulduzu Harri Keyn növbəti fərdi mükafat qazanıb.
Msport.az xəbər verir ki, 32 yaşlı forvard Bundesliqanın fevral ayı üçün ən yaxşı oyunçusu seçilib.
Məlumatı liqanın mətbuat xidməti yayıb. Münhen klubunun və İngiltərə millisinin hücumçusu ötən ay Almaniya çempionatında 8 qol vurub. Keyn səsvermədə Luis Diaz, Ozan Kabak, Edmond Tapsoba, Yann Diomande və Alexandro Qrimaldonu geridə qoyub.
Qeyd edək ki, Harri Keyn bu mövsüm bütün turnirlərdə 37 oyunda iştirak edib, 45 qol vurub və 5 məhsuldar ötürmə verib.