AZ

İranın körfəz ölkələrinə atdığı raketlərin SAYI

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Yaxın Şərqdə gərginlik sürətlə genişlənərək regional müharibə təhlükəsini daha da artırıb. Tehran “qisas əməliyyatları” çərçivəsində Körfəz ölkələrində bir sıra strateji hədəflərə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

Modern.az xəbər verir ki, İranın cavab hücumlarından ən çox zərər çəkən ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. BƏƏ Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemləri yalnız son hücum dalğasında İrandan atılan 7 ballistik raket və 27 dronu məhv edib.

Ümumilikdə isə müharibə başlayandan bəri ölkənin müdafiə sistemləri 285 ballistik raket, 15 qanadlı raket və 1567 dronu zərərsizləşdirib. Hücumlar nəticəsində müxtəlif millətlərdən 6 nəfər həlak olub, 141 nəfər yaralanıb.

Son iki həftə ərzində digər ərəb ölkələri Küveyt, Bəhreyn, Qətər, İordaniya, Səudiyyə Ərəbistanı, Oman da İranın raket və dron hücumlarının hədəfi olub.

Bu müddət ərzində Küveyt 251 ballistik raket və 472 dron, Bəhreyn 121 raket və 193 dron, Qətər 166 ballistik raket, 75 dron və 2 Su-24 qırıcı təyyarəsi ilə hücuma məruz qalıb. İordaniyaya 60 raket, 59 dron, Səudiyyə Ərəbistanına 19 raket, 249 dron, Omana isə 16 dron hücumu həyata keçirilib. 

İran tərəfi isə müharibənin başlanğıcından bəri 700-dən çox dron və yüzlərlə raketdən istifadə etdiyini, 60 strateji obyekt və 500 ABŞ-İsrail hərbi hədəfinin vurulduğunu iddia edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
modern.az

1Mənbələr