AZ

Slot İsakdan danışdı

“Liverpul”un baş məşqçisi Arne Slot isveçli hücumçu Aleksandr İsakın durumu haqda danışıb.

Publika.az xəbər verir ki, o, bu barədə mətbuat konfransı zamanı bildirib.

Mersisaydlıların baş məşqçisi deyib ki, 26 yaşlı hücumçu hələ də ümumi qrupdan kənarda reabilitasiya mütəxəssisinin yaxından nəzarəti altında çalışır.

“İsakın sağalması necə gedir? Aleks hələ də reabilitasiya komandası ilə işləyir. O, hələ komanda ilə məşqlərə qayıtmayıb”, – Slot deyib.

Seçilən
27
publika.az

1Mənbələr