XIII Qlobal Bakı Forumu çərçivəsində "Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası" mövzusunda panel müzakirəsi keçirilib.
"Far.Az" xəbər verir ki, iştirakçılar süni intellektin inkişafı ilə bağlı potensial təhlükə və çağırışları müzakirə ediblər.
Müzakirə zamanı Finlandiyanın sabiq Baş naziri Mari Kiviniemi vurğulayıb ki, insanların süni intellektə etibar edə bilməsi üçün cəmiyyət onun inkişafını tənzimləməyi və idarə etməyi öyrənməlidir.
"Ötən ilin dekabrında ABŞ-də keçirilən sorğuya əsasən, amerikalıların 77 %-i süni intellektin bəşəriyyət üçün təhlükə yarada biləcəyindən narahat olduqlarını, 68 %-i isə hər bir hərəkəti yoxlamadan onların yerinə qərar qəbul etməyi ona etibar etməyəcəklərini bildiriblər", - o qeyd edib.
Mari Kiviniemi qeyd edib ki, süni intellektdən təhlükəsiz istifadəyə cavabdeh olan tənzimləyicilərin səmərəli fəaliyyəti üçün şəffaf mexanizmlər, fərdi məlumatların qorunması və tam inklüzivliyi təmin etmək məqsədilə əhalinin bütün təbəqələrinin müasir texnologiyalara bərabər çıxışı zəruridir.
Xəbər yenilənir...