Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda yarımfinala yüksəlib.
İdmanxeber.az xəbər verir ki, yığma B qrupundakı son oyunda İspaniya ilə qarşılaşıb. Görüş millimizin 16:11 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə qrup ikincisi olan Azərbaycan yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, turnirin qalibi Olimpiya Təsnifat turnirinə lisenziya əldə edəcək.