Bu gün Amsterdamda yəhudi məktəbinin qarşısında törədilən partlayışa görə məsuliyyəti "Haqqın Yoldaşları İslam Hərəkatı" (The Islamic Movement of the Companions of the Right) qruplaşması öz üzərinə götürüb.
Day.Az bu barədə "Times of Israel"ə istinadən xəbər verir.
Qruplaşmanın "X" səhifəsində yaydığı görüntüdə kustar üsulla hazırlanmış partlayıcı qurğunun binanın qarşısında tədricən alışdığını sonra anidən partlayışın baş verdiyini görmək olur.