Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.
Abeloa: "Tənqidlər məni narahat etmir"
"Real"ın baş məşqçisi Alvaro Arbeloa ona ünvanlanan tənqidlər haqda danışıb.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis tənqidlərdən narahat olmadığını deyib:
"Bilirəm ki, növbəti uğursuzluq nə zaman olacaq. Ümid edirəm ki, heç vaxt baş verməyəcək. Etdiyim hər dəyişiklik şübhə altına alınır və bu normaldır. Çünki mənimlə bağlı deyil, vəzifəm bağlıdır.
Düşünürəm ki, "Real"da tələblər həmişə çox yüksək olub. Tənqid baş məşqçiliyin ayrılmaz hissəsidir. Burada işləyib ardıcıl bir neçə çempionluq qazanan mütəxəssislər də karyeraları boyunca tənqid və şübhələrlə üzləşiblər.Tənqidlər məni təəccübləndirmir, narahat etmir".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.