AZ

“Oskar” kimin olacaq: Əsas namizədlər

Bu ildən başlayaraq, “akademiklərin” qarşısında belə bir şərt qoyulmuşdu: Səs verdikləri kateqoriyada bütün namizəd filmlərə baxmalıdırlar.Bu isə seçimin daha obyektiv olacağını vəd edir.Əslində belə bir şərtin indiyə qədər olmaması çox qəribədir.

2022-ci ildən başlayaraq, “Ən yaxşı film” nominasiyasında 10 ekran işi namizəd göstərilir. Amma real olaraq onların 2-3-ü favorit sayılır. Bu dəfə “onluğa” daxil olan filmlər bunlardır:
• “F1”
• “Döyüşdən döyüşə”
• “Buqoniya”
• “Günahkarlar”
• “Möhtəşəm Marti”
• “Məxfi agent”
• “Sentimental dəyərlər”
• “Qatarların yuxuları”
• “Frankenşteyn”
• “Hamnet: “Hamlet”in ilham mənbəyi”

Bunların arasında əsas favorit “Günahkarlar” filmidir. Ekran işi16 nominasiyada namizəd göstərilib. Bu, “Oskar” tarixində rekord nominasiya sayıdır. İkinci yerdə ondan 3 nominasiya geri qalan “Döyüşdən döyüşə” filmi gəlir. Bu əsər artıq bir neçə nüfuzlu kino mükafatını qazanıb.

“Ən yaxşı xarici film”nominasiyasında əsas favorit norveçli rejissor Yoakim Triyerin “Sentimental dəyərlər”idir. Amma İranda gedən müharibənin aktuallığını nəzərə alsaq, iranlı rejissor Cəfər Pənahinin “Sadəcə Təsadüf” filminin şansı da az deyil.

“Ən yaxşı rejissor”adına Pol Tomas Andersen (“Döyüşdən döuyüşə”) və Rayan Kuqler (“Günahkarlar”) əsas iddiaçı sayılırlar. “Hamnet”in rejissoru Xloya Çjao da şanslıların ilk üçlüyünə daxildir.

“Ən yaxşı aktyor”mükafatı uğrunda Leonardo di Kaprio, Vaqner Mopura (“Məxfi agent”), İtan Houk (“Mavi ay”), Maykl B.Cordan (“Günahkarlar”), Timoti Şalame (“Möhtəşəm Marti”) yarışırlar. Di Kaprio artıq 7-ci dəfədir nominant irəli sürülür. Timoti Şalame isə sosial şəbəkə nəslinin nümayəndəsidir, kifayət qədər iddialı aktyordur.

“Ən yaxşı aktrisa”nominasiyasında Emma Stoun (“Buqoniya”), Cessi Bakli (“Hamnet”), Rouz Birn (“Bacarsaydım, sənə bir təpik vurardım”), Keyt Hadson (“Onların arzularındakı melodioya”), Renate Reinsve (“Sentimental dəyərlər”) yarışacaqlar. Cessi Bakli daha şanslı sayılır.

İkinci dərəcəli kişi rolunagörə maraqlı vəziyyət yaranıb. “Döyüşdən döyüşə” filminin aktyor heyətinə daxil olan daha iki aktyor bu kateqoriyada namizəddirlər: Benisio del Toro və Şon Penn. Bu vəziyyət filmin nə qədər güclü aktyor ansamblına malik olduğunu göstərir. Digər namizədlərin arasında Stellan Skarsqard (“Sentimental dəyərlər”) və Delroy Lindo (“Günahkarlar”) var.

İkinci dərəcəli qadın roluna görəTiyana Teylor (“Döyüşdən döyüşə”), Vunmi Mosaku (“Günahkarlar”), El Fanninq (“Sentimental dəyərlər”), Emi Mediqan (“Silah”) rəqabət aparırlar.

Samir Quliyev
AzVision.az
Seçilən
41
1
azvision.az

2Mənbələr