AZ

Üzük taxdı, özünü təriflədi!

“Böyük Dəbilqə” turnirlərinin dördqat qalibi və dünya birincisi, belaruslu tennisçi Arina Sobolenko nişan üzüyünü çıxarmadan oynamaqla bağlı sualı cavablayıb.

"Football-plus.az" xəbər verir ki, Sobolenko bunun ona mane olmadığını deyib:

“Heç mane olmur. Hər şey əladı. Sağ əlimlə zərbəm indi daha güclüdü”.

Tennisçi həmçinin toy tarixinin məlum olmadığını söyləyib.

Xatırladaq ki, martın əvvəlində yunan əsilli braziliyalı iş adamı Georgios Franqulis Sobolenkoya evlilik təklifi edib. Belaruslu tennisçi təklifə razılıq verib. Cütlük 2024-cü ildən bəri görüşür.
Seçilən
22
1
football-plus.az

2Mənbələr