AZ

Türkiyədən avokado idxalı kəskin azalıb

Bu il ərzində Azərbaycan Türkiyədən 293 min dollar dəyərində 195 ton avokado idxal edib.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Türkiyədən avokado idxalı ötən illə müqayisədə kəskin şəkildə azalıb. Azalma dəyər ifadəsilə 272,5 min dollar (48,2%), miqdar ifadəsilə isə 179 ton (47,9%) təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyədən 565,5 min dollar dəyərində 375 ton avokado idxal olunmuşdu.

Bu il Türkiyədən gətirilən avokadonun 1 kiloqramının orta idxal qiyməti 1,50 dollar (təxminən 2 manat 55 qəpik) təşkil edib. 2024-cü ildə də bu rəqəm demək olar ki, eyni - 1,51 dollar (təxminən 2 manat 57 qəpik) idi.


Seçilən
17
fed.az

1Mənbələr