PSJ baş məşqçisi Luis Enrikeyə yeni, uzunmüddətli müqavilə təklif edib.
Publika.az xəbər verir ki, bu barədə “Le Parisien”in jurnalisti Dominik Severak məlumat yayıb.
“PSJ Luis Enrikeyə 2030-cu ilin yayına qədər müqavilənin uzadılmasını təklif edir. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir”, – jurnalist bildirib.