Təbriz və Urmiyada partlayışlar baş verib.
KONKRET.az xəbər verir ki, səhər tezdən Təbrizdə güclü partlayışlar olub.
Şərqi Azərbaycan Valiliyinin yaydığı məlumata əsasən, səhər saatlarında Təbrizin ətrafındakı bir neçə hərbi mərkəzə zərbə endirilib.
Bundan əlavə, Urmiya şəhərində də partlayışların baş verdiyi bildirilib.
Xatırladaq ki, bundan əvvəl İsrail ordusu planlaşdırılan aviazərbələrlə bağlı Təbriz sakinlərinə təxliyə xəbərdarlığı edib. İsrail Müdafiə Qüvvələri (IDF) mülki şəxsləri dərhal hədəf alınacaq əraziləri tərk etməyə çağırıb və zərbələrin endiriləcəyi ərazilərin xəritəsini də yayımlayıb.