AZ

Narkotikin təsiri altında avtomobil qaçıraraq Balakənə getmək istəyən şəxs saxlanılıb

Bakı.Trend:

Paytaxtın Binəqədi rayonunda zərərçəkən polisə müraciət edərək“Chevrolet” markalı avtomobilinin naməlum şəxs tərəfindənqaçırıldığını bildirib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumatverilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçiriləntədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrləməhkum olunmuş 36 yaşlı İ.Papaxov saxlanılıb. Araşdırmalarla məlumolub ki, həmin şəxs taksi fəaliyyəti ilə məşğul olan zərərçəkəninmüştəriyə kömək etmək məqsədilə bir neçə dəqiqəlik avtomobildənuzaqlaşmasını fürsət bilərək cinayət əməlini həyata keçirib.Hadisəni törətdikdən sonra İ.Papaxov paytaxtdan Balakən rayonunadoğru hərəkət edərkən polis əməkdaşları onu stasionar postlarınbirində saxlayıblar. Onun davranış və hərəkətləri şübhədoğurduğundan tibbi müayinədən keçmək üçün müvafiq qaydada tibbimüəssisəyə aparılıb. Müayinə nəticəsində İ.Papaxovun narkotikvasitə qəbul etdiyi məlum olub. Nəqliyyat vasitəsi isə sahibinəgeri qaytarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
23
12
az.trend.az

10Mənbələr