AZ

"Neftçi" böyük klubdur, son vaxtlar yaxşı futbol oynayırlar, nəticələr də pis deyil”

"Neftçi"nin indiki durumu pis görünmür.

Doğrudur, turnir cədvəlindəki mövqeyi yenə də yaxşı deyil. Daha üst pillələrdə ola bilərdilər.

Son vaxtlarda komanda yaxşı futbol oynayır, nəticələr də pis deyil. Hər halda, motivasiya yüksək olmalıdır.

Ancaq təbii ki, "Neftçi" hər zaman yuxarı pillələrdə olmalıdır. Doğrudur, “Turan Tovuz”la görüşdə uduzdular. Lakin “Neftçi” pis oynamadı".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında “Neftçi”nin sabiq hücumçusu Branimir Subaşiç deyib.

Vaxtilə “ağ-qaralar”ın əsas forvardı olmuş veteran futbolçu avrokubok şanslarını da dəyərləndirib:

"Hər şey "Neftçi"nin öz əlindədir də. Hər halda "Neftçi" yenə də turnir cədvəlində yüksələ bilər.

Qələbələr qazanmaq lazımdır. "Neftçi" böyük klubdur. Onlar hər mövsüm çempionluq uğrunda mübarizədə olmalıdır.

Ən azından avrokuboklara vəsiqə qazanmalıdır.Çünki biz bunu həmişə belə görmüşdük. İnanıram ki, "Neftçi" yenidən bu pillələrə yüksələcək".

Seçilən
15
sportinfo.az

1Mənbələr