AZ

Avropa İttifaqı rəqəmsal gücünü yaradıb, müstəqil texnoloji imkanlarını artırmalıdır - Latviyanın eks prezidenti

Bakı. Trend:

Bu gün Avropa İttifaqı struktur baxımından ABŞ-dən və Çindənasılıdır.

Trend xəbərverir ki, bunu Latviyanın eks prezidenti (2019–2023) Egils Levitsbu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən"Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə və innovasiyanınetikası" adlı panel müzakirələrində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, cəmiyyət və iqtisadiyyat rəqəmsaltexnologiyaya əsaslanır:

"Rəqəmsal infrastruktur neytral alət deyil, o, müəyyəndəyərləri, ideologiyanı və özünəməxsus yanaşmaları əks etdirir.Bunu nəzərə almaq vacibdir. Bu gün Avropa İttifaqının qarşısında üçseçim var: ABŞ-dən uzunmüddətli asılılığı qəbul etmək və bununlaoliqarxların nəzarətinə razılıq vermək. Bu, etik və siyasi baxımdanciddi suallar doğurur.

Çinlə açıq əməkdaşlıq yaratmaq, çünki Çin kifayət qədərəməkdaşlığa açıq bir ölkədir. Üçüncu seçim isə Avropanın özrəqəmsal gücünü yaratmaq və müstəqil texnoloji imkanlarını artırmaqola bilər".

O qeyd edib ki, informasiya erasındakı layihələr bu məqsədləhəyata keçirilə bilər:

"Avropa Parlamentinin mövqeyi də bu istiqamətdədir. Bu, o deməkdeyil ki, Avropa dünyanı idarə etməlidir; sadəcə hüquqi çərçivədəüstünlük verilən seçim budur. İnformasiya və iqtisaditəhlükəsizlik, süni intellekt kimi vasitələrə malik olan tərəfinəlində təmin oluna bilər. Hazırda ABŞ bu imkanlara sahibdir, Çinisə avtoritar sistemdə fəaliyyət göstərir. Avropanın texnikipotensialı isə kifayət qədər böyükdür.

Bizə lazım olan odur ki, siyasi iradə göstərək və maliyyədəstəyi təmin edək. Digər məsələlərdə, rəqəmsal suverenliyəgəldikdə və müqayisə aparıldıqda, Avropanın imkanlarıgenişləndirilməlidir. Sənaye siyasəti sərtləşdirilə bilər, lakinAvropa İttifaqı səviyyəsində bu mövzuda fikir ayrılığı mövcuddur.Amma biz görürük ki, bunu dəstəkləyənlərin sayı kifayət qədərçoxdur".

Məqalədə:
Seçilən
31
az.trend.az

1Mənbələr