AZ

Türkiyədə yeni K2 kamikazde PUA-nən sürü uçuş sınaqları yerinə yetirilib

“Baykar” şirkəti öz resursları hesabına milli və orijinal olaraq inkişaf etdirdiyi K2 kamikazde pilotsuz uçuş aparatının (PUA) ağıllı sürü avtonomiyası sınaqlarını həyata keçirib.

“Poliqon” “Baykar”a istinadən xəbər verir ki, çoxlu əməliyyat qabiliyyətlərinə, inkişaf etmiş süni intellekt və avtonomiya alqoritmlərinə malik olan 5 ədəd K2 PUA-nın müxtəlif düzülüşlərlə həyata keçirdiyi formasiya uçuş testləri uğurla tamamlanıb.

Belə ki, Keşan Uçuş Təlim və Test Mərkəzindən havaya qalxan 5 ədəd K2 kamikadze PUA, iki gün müddətində Saros Körfəzində aparılan testlərdə “sağ mövqe”, “xətt” və “V” düzülüşlü formasiya uçuşlarını uğurla icra edib. Test ssenarilərində K2 platformaları süni intellekt, sensor və proqram təminatları vasitəsilə sürüdəki digər hava vasitələrinə görə mövqe tutaraq yerlərini səhvsiz şəkildə qoruyub və vəzifələri uğurla icra edib. Həmçinin K2 kamikadze PUA-sı “Turan” və “divar” forması kimi müxtəlif düzülüşləri də uğurla tətbiq edə bilir.

Tədqiqat-inkişaf işlərinin növbəti mərhələsində platformanın, sursatını hədəfə çatdırdıqdan sonra bazaya geri dönə bilən və təkrar istifadə imkanına malik versiyalarının həyata keçirilməsi planlaşdırılır.

Layihə ilə yüksək məbləğli sursatların istifadəsini minimuma endirərək təsir gücü yüksək, aşağı xərclə kütləvi istehsal oluna bilən platformaların sahəyə çıxarılması məqsəd qoyulub. Bu yanaşma nəticəsində düşmənin kritik hədəfləri daha aşağı qiymət və yüksək effektivliklə neytrallaşdırılacaq.

K2 kamikadze PUA-nın naviqasiya arxitekturası GNSS olmadığı və ya intensiv qarışdırmaya məruz qaldığı elektron müharibə mühitində də vəzifə yerinə yetirə biləcək şəkildə dizayn edilib. Platforma, gimbal kamerası və gövdənin altındakı gecə görmə qabiliyyətinə malik kamera sistemi vasitəsilə yer səthini vizual olaraq skan edərək mövqe təxminləri aparır. Bu sayədə PUA, GNSS siqnalları tamamilə olmadıqda belə vizual skanlama qabiliyyəti ilə fasiləsiz naviqasiya həyata keçirərək hədəfə doğru avtonom şəkildə uça bilir.

Üzərindəki EO/IR gimbal kamera sistemi platformaya həm kəşfiyyat-müşahidə qabiliyyəti qazandırır, həm də vizual kilidlənmə xüsusiyyəti ilə hədəfi dəqiq vurmasına imkan verir. Platforma həmçinin koordinat əsaslı dəqiq zərbə qabiliyyətinə malikdir. Bu xüsusiyyətlərə əlavə olaraq, peyk məlumat bağlantısı PUA-nın əməliyyat çevikliyini ən yüksək səviyyəyə çıxarır.

008921

Seçilən
61
1
poliqon.az

2Mənbələr