BAKI, 14 mart. TELEQRAF
“Dünyada insanların 70 faizi süni intellektin təsirindən qorxur. Bəs süni intellekti idarə etmək mümkündürmü? Bəli, mümkündür. Demokratik təsisatlar cəmiyyətləri idarə edən qaydalarla müdaxilə edə bilər və biz bunu həyata keçirə bilərik”.
Teleqraf xəbər verir ki, bunu XIII Qlobal Bakı Forumunda çıxışı zamanı Parlament Qadınlarının Qlobal Forumunun prezidenti və Avropa Parlamentinin sabiq vitse-prezidenti Silvana Koch-Mehrin bildirib.
“Avropa İttifaqı məsələyə düzgün yanaşır və hər bir sahədə təhlükəsizlik standartlarının tətbiqi mümkündür. Bu xüsusda fikir mübadiləsi aparmaq vacibdir.
Xüsusi vurğulanacaq məqam odur ki,süni intellekt şəffaflığıartıracaq”,- sabiq vitse-prezidenti qeyd edib.