İran yuanla hesablaşmalara keçilməsi şərti iilə məhdud sayda neft tankerinin Hörmüz boğazından keçməsi mümkünlüyünü nəzərdən keçirir.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı yüksək vəzifəli İran rəsmisinə istinadən məlumat yayıb.
ABŞ və İsrail fevralın 28-də hərbi əməliyyata başladıqdan sonra İran Hörmüz boğazında hərəkəti məhdudlaşdırıb və dəniz dəhlizini keçməyə çalışan gəmilərə hücum etməyə başlayıb.
"Financial Times"ın məlumatına görə, bir neçə Avropa ölkəsi, o cümlədən Fransa və İtaliya öz gəmilərinin boğazdan təhlükəsiz keçidinə zəmanət verilməsi ilə bağlı İranla danışıqlara başlayıb.