
“Meta” şirkətinə məxsus “WhatsApp” messenceri azyaşlı uşaqlar üçün valideynlər tərəfindən idarə olunan hesablar tətbiq etməyə başlayıb.
Yenuavaz.com xəbər verir ki, bu barədə “GSMArena” portalı məlumat yayıb.
Yeni funksiya xidmətin istifadəsini mesajlar və zənglərlə məhdudlaşdırmağa imkan verir. Valideynlər uşaqlarının hesabını, o cümlədən onlarla kimin əlaqə saxlayacağını və hansı qruplara qoşulacağını idarə edə biləcəklər.
Onlar həmçinin naməlum kontaktlardan gələn mesaj sorğularına baxa və məxfilik parametrlərini idarə edə bilərlər. Bu parametrlərə giriş altı rəqəmli valideyn PIN-i ilə qorunur.