AZ

“Araz Naxçıvan” ciddi itki ilə üzləşdi

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Araz-Naxçıvan" komandası ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Naxçıvan təmsilçisinin aparıcı futbolçularından Coşqun Diniyev cəzalı duruma düşüb.

Buna 30 yaşlı yarımmüdafiəçinin Misli Premyer Liqasının 24-cü turunda "Karvan-Yevlax"la oyunda sarı vərəqə alması səbəb olub.

Cari mövsüm dördüncü dəfə bu halla üzləşən Diniyev 25-ci turda "Şamaxı" ilə səfər matçında meydana çıxmayacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı 2:1 hesabı ilə üstələyib. Coşqun Diniyev cari mövsüm 19 matçda 1 qola imza atıb. "Şamaxı" - "Araz-Naxçıvan" qarşılaşması martın 18-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
sport24.az

1Mənbələr