Bakı. Trend:
İstehlakçıları razı salacaq və inkişafı təşviq edəcək mühityaratmaq vaxtı yetişib.
Trend xəbərverir ki, bunu Parlamentlərarası İttifaqın (Inter-ParliamentaryUnion) prezidenti
Tulia Ackson bu gün Bakıda XIII Qlobal Bakı Forumu çərçivəsindəkeçirilən "Rəqəmsal gələcək: Süni intellekt, idarəetmə vəinnovasiyanın etikası" adlı panel müzakirələrində çıxışı zamanıbildirib.
Onun sözlərinə görə, istifadə olunan və hazırlanmış alətlərəksər hallarda hər kəs üçün əlçatan olmalıdır:
"Biz ittifaq olaraq qətnamə qəbul etmişik. Həmin qətnamədəhazırda mövcud boşluqlar göstərilir. Süni intellektin insanhüquqlarına və demokratiyaya təsirini ortaya qoyuruq. Qarşımızdaduran vəzifə yalnız qanun qəbul etmək deyil, eyni zamandaşəffaflığın təmin edilməsini də həll etməkdir.
Biz istərdik ki, nəzarətçi orqanlar və qurumlar buna nail olsun.Sözügedən məsələ yalnız hökumətin gördüyü işdən ibarət deyil. Özəlsektor da parlament iclaslarına qatılaraq töhfə verə bilər. Bu cürforumlar bizi bir araya gətirir və qarşımızda konkret vəzifələrqoyur. Ölkəyə aid məsələlərdə parlamentlərarası iş birliyinigücləndiririk. Eyni zamanda, özəl sektor da insanların problemləriilə bağlı fikirlərini bildirə bilsin".