AZ

Aqil Nəbiyev "Qalatasaray"da təcrübə keçdi - AÇIQLAMA

"Pro kateqoriyanın tələbinə əsasən, bir akademiyada və bir klubda təcrübə keçməli idik. Mən Türkiyəni seçdim". 

Bunu Fanat.Az-a 18 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Vladislav Qədirov deyib.

Gənc mütəxəssis UEFA-nın Azərbaycanda keçirdiyi Pro kateqoriyalı kursların iştirakçısıdır. Bunun tələbi kimi, mütəxəssis 2 əcnəbi klubun düşərgəsində olmalı idi. O, ilk olaraq, "Qalatasaray"ı ziyarət edib: 

"Bir neçə gün "Qalatasaray"ın akademiyasında oldum. Bu müddətdə akademiyanın iş planı ilə tanış oldum. İstanbul təmsilçisinin idman direktoru, akademiyanın koordinatoru və bütün məşqçi heyəti ilə görüşlərimiz oldu. Məşqləri izlədim, futbolçuların inkişaf yolu ilə bağlı məlumatlandırıldım, plan-proqramlarını öyrəndim. Çox faydalı məlumatlar əldə etdim".

UEFA-nın irəli sürdüyü şərtə əsasən, iki klubun düşərgəsində olan Nəbiyevin növbəti dayanacağı "Alanyaspor" olub: 

"Fürsət bilib "Alanyaspor" klubuna məktubla müraciətimizi müsbət qarşıladı. Bildiyiniz kimi, "Alanyaspor"un baş məşqçisi portuqaliyalı Joau Pereyradır. Həftə ərzində onların məşq prosesini izlədim, məşqçinin strategiyası, məşq fəlsəfəsini öyrəndim. Sonda həftəsonu "Gənclərbirliyi" ilə Super Liqa matçlarını izlədim. 
Artıq Pro kurslarında sona yaxınlaşırıq. May ayında son mərhələ olacaq. Hər şey yaxşı olsa, kateqoriyamıza yiyələnəcəyik".

Mirağa

Seçilən
1
1
fanat.az

2Mənbələr