AZ

Zakir İbrahimov onun vəzifəsini yüksəltdi (FOTO)

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətində daha bir kadr dəyişikliyi olub. 

Qaynarinfo-nun məlumatına görə, Orxan Nağıyev "AzerGold" QSC-də Risklərin idarəolunması və daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsindən azad olunaraq, sözügedən şöbənin müdiri vəzifəsinə təyin edilib. 

Ötən ilin oktyabr ayından "AzerGold" QSC-də Risklərin idarəolunması və daxili nəzarət şöbəsinin müdiri Oruc Eyvazov vəzifəsindən azad olunmuşdu. Bu barədə qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov müvafiq əmr imzalamışdı.

Qeyd edək ki, 2024-cü ildən "AzerGold" QSC-də çalışan Orxan Nağıyev ötən ilin iyul ayında 5-ci "Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olub. 

Onu da xatırladaq ki, bir neçə gün əvvəl Zakir İbrahimovun müvafiq əmri ilə Fuad Babayev qurumun İdarə Heyəti sədrinin müşaviri təyin edilib və bununla da müşavirlərin sayı 10-a yüksəlib. 

Əhməd

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
1
qaynarinfo.az

2Mənbələr