AZ

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Kamaləddin Qafarov

Bakı.Trend:

Martın 12-də Bakıda, Gülüstan Sarayında öz işinə başlayan XIIIQlobal Bakı Forumu qlobal siyasi dialoq üçün mühüm platforma kiminövbəti dəfə beynəlxalq diqqəti Azərbaycan paytaxtına yönəltdi.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

O bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığıvə Prezident İlham Əliyevin himayəsi ilə keçirilən forum bu il“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradanqaldırılması” mövzusu ətrafında müzakirələrə həsr olunub.“Prezidentin açılış mərasimində səsləndirdiyi fikirlər müasirbeynəlxalq münasibətlər sistemində müşahidə olunan ziddiyyətlərə vəregional sülh təşəbbüslərinə dair mühüm mesajlar ehtivaedirdi.”

Millət vəkili dünyada artan geosiyasi gərginlik fonundamünaqişələrin həllinə yanaşmada ikili standartların mövcudluğunuvurğulayıb və əlavə edib ki, bu problem bu gün beynəlxalqgündəliyin ən çox müzakirə olunan məsələlərindən biridir: “Təsadüfideyil ki, Prezident İlham Əliyev öz çıxışında diqqəti, ilk növbədə,məhz bu problemə yönəldərək qeyd etdi ki, bir çox hallarda qlobalinstitutlar və beynəlxalq aktorlar münaqişələrə münasibətdə seçicidavranış sərgiləyirlər. Bu isə bəzi regionlarda uzunmüddətliədalətsizliklərin və humanitar fəsadların yaranmasına səbəb olur.Azərbaycanın timsalında da belə bir vəziyyət uzun illər davam edib.Ölkənin ərazilərinin əhəmiyyətli hissəsinin işğal altında qalmasıvə bu müddətdə milyonlarla insanın doğma yurdlarından didərgindüşməsi beynəlxalq ictimaiyyətin passiv yanaşmasının nəticələrindənbiri kimi qiymətləndirilə bilər. Lakin bu mərhələ Azərbaycan üçünartıq bir keçmişdir. Bu gün ölkəmiz artıq regionda yenireallıqların formalaşmasına töhfə verən əsas aktorlardan biridir.Xüsusilə Ermənistan ilə münasibətlərdə son dövrdə müşahidə olunannisbi sabitlik regionda sülh gündəliyinin real nəticələr verdiyinigöstərir. Bir müddət əvvəl əldə olunan razılaşmalar yalnızdiplomatik sənəd kimi deyil, həm də praktiki müstəvidə özünügöstərməyə başlayıb. Sərhəd bölgələrində gərginliyin azalması,qarşılıqlı itkilərin və silahlı insidentlərin dayandırılması CənubiQafqazda yeni mərhələnin başlanğıcından xəbər verir. Azərbaycanınsülhə sadiqliyi təkcə siyasi bəyanatlarla deyil, həm də konkretaddımlarla təsdiqlənir. Humanitar və iqtisadi əlaqələrin bərpasıistiqamətində atılan addımlar regionda etimad mühitininformalaşmasına xidmət edir. Ermənistanın müxtəlif istiqamətlərdəntəminat imkanlarının genişləndirilməsi, ticarət əlaqələrininbərpası və enerji məhsullarının ixracı kimi təşəbbüslərAzərbaycanın konstruktiv mövqeyini nümayiş etdirir. Bu yanaşmaregionun gələcək inkişafının qarşılıqlı əməkdaşlıq üzərindəqurulmalı olduğunu göstərən mühüm mesajdır. Ümumiyyətlə isə, XIIIQlobal Bakı Forumunda səsləndirilən fikirlər bir daha göstərir ki,Azərbaycan dəyişən dünya nizamında dialoq və əməkdaşlıqtəşəbbüslərinin fəal tərəfdarı kimi çıxış edir. Qlobal səviyyədəfikir ayrılıqlarının artdığı bir dövrdə Bakının beynəlxalq müzakirəplatformasına çevrilməsi ölkənin diplomatik nüfuzunun artdığınınümayiş etdirir” .

Məqalədə:
Seçilən
31
12
az.trend.az

10Mənbələr