AZ

ABŞ raketi İranın sualtı qayığını batırdı

ain.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəndər-Abbasdakı körpü yaxınlığında batırılmış İran sualtı qayığının fotosu yayılıb. Bildirilir ki, batırılan gəmi İranın saz vəziyyətdə olan yeganə 877EKM layihəli sualtı qayığı idi.Məlumata görə, İran 1991–1996-cı illər arasında bu layihə üzrə üç sualtı qayıq əldə edib. Ancaq onların ikisi uzun müddətdir təmirdə olduğundan faktiki olaraq yalnız biri döyüş qabiliyyətində hesab olunurdu.ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birgə Komitəsinin sədri general Den Keyn bildirib ki, sözügedən sualtı qayıq ABŞ tərəfindən istifadə olunan ATACMS operativ-taktiki raketinin zərbəsi nəticəsində batırılıb.

Tehran

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
sitat.info

3Mənbələr