AZ

BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti Azərbaycanın WUF13-ə yüksək hazırlıq səviyyəsini qeyd edib

Bakı. Trend:

Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına(WUF13) yüksək hazırlıq səviyyəsi nümayiş etdirib.

Trend xəbər verirki, bunu bu gün çıxış edən BMT-nin 73-cü Baş AssambleyasınınPrezidenti Mariya Fernanda Espinosa Bakıda WUF13-ə həsr olunmuşbrifinqdə bildirib.

“Mən Azərbaycanın qonaqpərvərliyinin, yüksək təşkilatçılıqimkanlarının, eləcə də Bakının zəngin tarixə və mədəniyyətə malikolmağının şəxsən şahidi oldum və buna görə də Ümumdünya ŞəhərsalmaForumunun uğurla keçiriləcəyinə əminəm”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumu kimi tədbirləryalnız güclü texniki hazırlıq deyil, ilk növbədə siyasi iradə vəliderlik tələb edir.

“Bu gün biz müxtəlif istiqamətlərin çox böyük miqyaslı birproblemin həlli üçün birləşdiyini görürük. Söhbət elə birçağırışdan gedir ki, bu da hamımızdan siyasət, investisiya,layihələndirmə və planlaşdırma sahələrində konkret qərarlar tələbedir”, – deyə o qeyd edib.

Espinosa vurğulayıb ki, mənzil problemi miqyasına görəbeynəlxalq ictimaiyyət tərəfindən daha fəal addımların atılmasınıtələb edir.

“Biz deyəndə ki, 1,1 milyard insan gecəqondularda və qeyri-rəsmiyaşayış məskənlərində yaşayır, 300 milyon insan isə evsizdir, bu odeməkdir ki, siyasətin təkmilləşdirilməsi, investisiyalarınartırılması və daha məsuliyyətli siyasi qərarların qəbul edilməsiistiqamətində daha fəal çalışmalıyıq”, – deyə o bildirib.

Seçilən
52
az.trend.az

1Mənbələr