AZ

Süni intellekt jurnalistikada: fürsət və risklər

Süni intellekt jurnalistikaya həm yeni imkanlar gətirir, həm də müəyyən risklər yarada bilər. Bu barədə süni intellekt üzrə mütəxəssis Abdulla Abdullayev danışıb.

Onun sözlərinə görə, süni intellekt redaksiyalarda bir sıra prosesləri xeyli sürətləndirir. Böyük həcmdə məlumatların analiz edilməsi, açıq mənbələrdən informasiyanın toplanması, müsahibələrin transkripsiyası və ilkin mətn strukturlarının hazırlanması kimi işlər daha operativ həyata keçirilə bilir. Bu isə jurnalistlərə daha çox araşdırma aparmaq, faktları yoxlamaq və analitik məzmun üzərində işləmək imkanı yaradır.

QHT.az bildirir ki, Abdulla Abdullayev qeyd edib ki, süni intellektdən nəzarətsiz istifadə edildikdə müəyyən problemlər də yarana bilər. Onun fikrincə, bu halda yanlış məlumatların yayılması, mənbələrin düzgün yoxlanmaması və eyni tipli standart məzmunların artması kimi hallar ortaya çıxa bilər ki, bu da jurnalistikanın əsas prinsiplərinə ziddir.

Ekspert hesab edir ki, süni intellekt nə tam təhlükə, nə də avtomatik həll yoludur. Onun fikrincə, bu texnologiya düzgün istifadə olunduqda jurnalistika üçün ciddi imkanlar yaradır, lakin məsuliyyətsiz tətbiq edildikdə müəyyən risklər də ortaya çıxa bilər. Əsas məsələ isə jurnalistlərin və redaksiyaların bu alətlərlə işləmə mədəniyyətini formalaşdırmasıdır.

Zəhra Ağayeva

Seçilən
19
qht.az

1Mənbələr