AZ

Bir vaxtlar doğmam idi ad günüm - Anardan ad günü şeiri

Bu gün Xalq yazıçısı Anarın doğum günüdür.

Kulis.az Xalq yazıçısını 88 yaşının tamam olması münasibətilə təbrik edir və "Günün şeiri" layihəsindən onun "Ad günüm" şeirini təqdim edir.

Bir vaxtlar doğmam idi

ad günüm.

İndi ögey olubdu

yad günüm.

Zaman qürbətinə düşməyəydim

kaş, barı.

Qəribistandan betərdir qəbiristan

diyarı.

Ancaq yuxudan gəlir

İydənin yaz qoxusu.

Solubdu, saralıbdı

Yuxuların çoxusu.

İlişməyən qarmaqtək,

Qoparılmış yarpaqtək,

İtirilmiş torpaqtək,

Yada düşürlər bəzən

Gəncliyin ümidləri.

Keçmişin xoş günləri.

Yada düşürlər nələr,

Yandıran xatirələr.

Uzaqlardan səslənir

Həzin, yorğun musiqi.

Son akkorda hələ var.

Axı qarşıdan gəlir,

Novruz bayramı - bahar.

9 mart 2026

Seçilən
5
1
kulis.az

2Mənbələr